Azərbaycan beynəlxalq təşkilatlardan kredit istəyir? – RƏSMİ

0
1782

“Koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan beynəlxalq qurumlardan kredit alınması üçün müraciət etməyib”.

Bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz maliyyə ehtiyatları hesabına koronavirusla mübarizə aparır.

S.Şərifov bildirib ki, dünyanın bir çox ölkələrində ÜDM-nin həcmi aşağı düşüb.

“Azərbaycanda ÜDM-lə bağlı azalma var, amma vəziyyət o qədər pis deyil”, – deyə S.Şərifov əlavə edib.