Zərdab İcra Hakimiyyətində həbslər… – Rəsmi

0
663

Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməyib, amma müəyyən həbslər baş verib.

Bu barədə Zərdab Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov deyib.

O bildirib ki, hazırda vəzifədə olan 2 nəfər saxlanılıb:

“Yarməmmədbağı kəndinin keçmiş icra nümayəndəsi və hazırkı bələdiyyə sədri saxlanılıb. Onların həbs edilib-edilməməsi barədə tam məlumatım yoxdur. Həmin icra nümayəndəsini icra başçısı Mərdan Camalzadə 1 ay əvvəl vəzifədən azad etmişdi. Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov isə rayon prokurorluğuna dəvət olunub və oradan aparılıb”.