ABŞ narahatlığı: Türkiyə müzakirəyə hazırdır – Akar

0
820

Türkiyə F-35 proqramının sadəcə bir alıcısı deyil, eyni zamanda ortağıdır.

Bu sözləri Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.

Nazirin sözlərinə görə, F-35 texnologiyasının təhlükəsizliyi ABŞ qədər Türkiyə üçün də önəmlidir:

“ABŞ-ın S-400 və F-35 uzlaşması ilə bağlı narahatlığını müzakirə etməyə hazırıq. COVİD-19 pandemiyası Türkiyə-ABŞ ortaqlığının və ittifaqının həyati önəmə sahib olduğunu bir daha göstərdi”.

Nazir onu da əlavə edib ki, Şərqi Aralıqda Türkiyənin daxil edilmədiyi istənilən layihə uğursuzluğa məhkumdur.