Son iki ayda 20 minə yaxın obyektdə yoxlama aparılıb – VİDEO

0
479

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Baku TV xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün rayon üzrə qapalı məkanlar daxil olmaqla davam etdirilən tədbirlərdə icazəsiz hərəkət edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla mövcud sanitar-gigiyenik tələblər izah olunub. Həmin şəxslərin diqqətinə çatdırılıb ki, hər bir şəxs qaydalara əməl etməli, maska taxmalıdır

Reydlər zamanı karantin qaydalarını pozaraq, icazəsi olmadan evlərini tərk edənlər, yollarda icazəsiz hərəkət edən sürücülər müəyyən edilərək protokol tərtib edilib, ümumilikdə 380 nəfər cərimələnib, üç nəfər isə inzibati qaydada həbs olunub. Tələbləri pozaraq qanunsuz fəaliyyət göstərən üç kafe və restoran da müəyyən edilərək, obyekt sahibləri barəsində sərt tədbirlər görülüb.

Qeyd edək ki, Abşeron rayonu ərazisində fəaliyyətinə icazə verilən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.