Afrikada 10 mindən çox tibb işçisi koronaya yoluxdu

0
566

Afrika ölkələrində COVİD-19-a yoluxanların sayı 800 min nəfərdən çoxdur, 17 mindən artıq insan isə vəfat edib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Qeyd olunub ki, Afrikanın 40 ölkəsində 10 mindən çox tibb işçisi də yeni növ koronavirusa yoluxub. ÜST-nin bu qitə üzrə regional direktoru Matşidiso Moeti bildirib ki, qlobal miqyasda həkimlərin ən çox COVİD-19-a yoluxduğu məkan Afrikadır. Onun sözlərinə görə, bu, qitə ölkələrindəki xəstəxanalarda qoruyucu geyimlərin çatışmazlığı və şəraitin qənaətbəxş olmaması ilə əlaqədardır.

ÜST-nin məlumatında qeyd olunub ki, hazırda pandemiyanın ən çox yayıldığı Cənubi Afrika Respublikası, Misir və Çadda yoluxma halları azalsa da, qitənin qərb regionunda COVİD-19 sürətlə yayılmaqdadır. Təşkilatın nümayəndəsi inkişaf etmiş ölkələri Afrikaya daha çox yardım etməyə çağırıb.