Təhsildən yayınan uşaqların diqqətinə…

0
455

Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər davam etdiriləcək. Təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılacaq.

Bu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planına əsasən, bu istiqamətdə Təhsil, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, (yerli icra hakimiyyəti orqanları, aidiyyəti qeyri-hökumət təşkilatları cəlb edilməklə) birgə fəaliyyət göstərəcəklər.