Bakıda uşaq “vergiliyəm” deyən valideyni tərəfindən ölümə məhkum edildi – VİDEO

0
428

“Bakıda beş aylıq uşaq ruhi xəstə valideynin ucbatından ölümə məhkum edilib”.

Bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, uşaq A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib:

“Ailə Xəzər rayonu, Binə qəsəbəsində səfalət içində yaşayır. Beş aylıq uşağın aclıqdan iki kiloqram çəkisi qalıb. Ana ruhi xəstədir. Deyir “Mən vergiliyəm, uşağıma kimsə dəyə bilməz”. Uşaq ölüm və həyat arasındadır. Onun qasıq yırtığı və qaraciyərlə bağlı problemi də var.

Dünən qonşu azyaşlı uşağı məcburi şəkildə xəstəxanaya yerləşdirib”.

K.Ağazadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çağırış edib:

“Komitəyə səslənirəm. Bu qurum son vaxtlar çox aktiv şəkildə çalışır. Onların köməyilə neçə uşağı ağır vəziyyətdən xilas etmişik”.