AB razılaşdı: 750 milyardlıq fond yaradıldı

0
362

Avropa Birliyinin 27 ölkəsi dörd günlük danışıqlardan sonra Avropa Birliyi iqtisadiyyatının bərpası üçün 750 milyard avroluq fondun yaradılması barədə razılıq əldə edib.

Bu barədə məlumatı Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel deyib.

Tərəflər arasındakı razılaşmaya əsasən, fondda olan vəsaitdəki subsidiyaların həcmi 500 milyard avrodan 390 milyarda salınacaq. Fonddakı vəsaitdən borc qismində veriləcək pulun miqdarı isə 360 milyard avro təşkil edəcək. Ayrılacaq vəsaitlərin 70%-i 2021-2022-ci illərdə, 30%-i isə 2023-cü ildə xərclənəcək. Fonddan veriləcək borclar 2058-ci ilin sonuna qədər ödənilməlidir.