Daha 23 nəfər gəmi ilə Qazaxıstana yola salındı

0
445

Azərbaycanda qalan daha 23 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 9 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

Bu barədə Azərbaycan Dəniz Gəmiçiliyindən bildiriblər.

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 23 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 9 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

Azerbaijan Caspian Shipping Company / Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq

Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.