Prezidentin köməkçisi: “İş saatlarına dəyişiklik edilib”

0
500

“İstər özəl, istər dövlət müəssisələrində məhdud sayda işçilərin işə çağırılması ilə bağlı tapşırıqlar verilib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu istiqamətdə ictimai nəqliyyatda sıxlığın azaldılması üçün iş saatlarına da dəyişiklik edilib:

“Pik saatlar nəzərə alınmaqla işin başlama və bitmə saatları müvafiq qrafik şəklində dəyişdirilir”.