Tehranda növbəti dəhşətli partlayış: Hücum edildi?

0
480

SEPAH-ın Tehranın qərbində – Qarmdareh və Qüds rayonlarında raket anbarlarında partlayışlar baş verib.

Partlayışlar bu gecə yaşanıb. Partlayışlardan sonra bəzi rayonlara elektrik verilişi dayanıb.

Bundan başqa, İranın Hərbi Hava Qüvvələrinin təyyarə və PUA-ya qarşı “yer-hava” tipli iki raket tətbiq etdiyi vurğulanıb.

“Nyu York Tayms” partlayış baş verdiyi ərazidə bir neçə hərbi və təlim obyektinin olduğu haqqında məlumat yayıb:

“Orada iki yeraltı obyekt mövcuddur. Bunlardan biri kimyəvi silah tədqiqatları ilə bağlıdır, ikincisi isə hələlik müəyyən edilməmiş hərbi sənaye obyektidir”.

Qeyd edək ki, bundan öncə Natanzdakı nüvə obyektində partlayış baş vermişdi.