Koronavirusla mübarizə aparanlar: “İkinci gün dedim, özümü pəncərədən atacağam” – VİDEO

0
449

Ölkədə COVID-19-dan sağalanların sayında artım müşahidə olunur.

Son günlərdə statistikaya nəzər salsaq, görərik ki, Azərbaycanda koronavirus infeksiyasından sağalanların sayı artıb. Sonuncu statistikada daha 453 nəfər COVID-19 virusundan müalicə olunaraq, sağalıb və evə buraxılıb.

Xəstəliyin ağır günlərini geridə qoyanların dedikləri ilk cümlələr belə olur:

“Hələ də bəzi insanlar buna barmaqarası baxır, yalan deyil, biz bunu yaşadıq, hər gün boğulurduq”.

Bu gün bu cümlələri işlədənlərdən biri də Nərminə Əhmədovadır. 15 gün idi ki, xəstəliklə mübarizə aparırdı. Yüksək hərarətlə xəstəxanaya yerləşdirilən Nərminə xanım yarım ay ərzində həm də süni tənəffüs aparatına qoşulub. İndi isə verdiyi bütün analizlərin cavabı neqativ çıxıb.