Yaponiyada sel və daşqın səbəbindən 1,3 milyon nəfər təxliyyə edilir

0
564

Yaponiya hökuməti Fukuoka, Kumamoto, Naqasaki və Oita prefekturalarında yaşayan təxminən 1,3 milyon sakini sel və daşqından qorumaq məqsədilə təxliyyə etməyi planlaşdırır.

Qeyd edək ki, Yaponiyada iyulun 4-dən başlayaraq təbii fəlakət nəticəsində 52 nəfər ölüb, 12 nəfər itkin düşüb.

Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün bölgəyə 10 min hərbçi cəlb olunub.