“Roskosmos” rəhbərinin müşaviri NATO-nun xeyrinə casusluqda ittiham edilir – VİDEO

0
519

Moskvada “Roskosmos”un rəhbərinin müşaviri “dövlətə xəyanət” şübhəsi ilə saxlanılıb.

İki ay öncə vəzifəyə təyin edilən İvan Safronov dövlət korporasiyası və ona daxil olan müəssisələrin daxili informasiya siyasətinin hazırlanması ilə məşğul olub. Bundan başqa, bir neçə xüsusi proqram onun kurasiyasında idi.

RF Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, İ.Safronov NATO-nun xüsusi xidmət orqanlarından biri üçün işləyib. O, dövlət sirri təşkil edən hərbi-texniki əməkdaşlıq, müdafiə və təhlükəsizlik barədə məlumatları toplayaraq ötürüb.

RF FTB onun barəsində “Dövlətə xəyanət” maddəsi üzrə cinayət işi açıb. Safronovu 20 ilə qədər həbs cəzası gözləyir.