Bakıda ekspress avtobuslar yenidən fəaliyyətə başladı

0
624

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığındanbu gündən M1, M2, M3, M4, M5, M6 və M7 ekspress xətlərinin fəaliyyəti bərpa olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki, əvvəllər olduğu kimi, saat 07:00-dan 20:00-dək müəyyən edilib.

Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun olaraq tənzimlənəcək.