Azərbaycanlı futbolçuya İngiltərənin başqa klubundan maraq var

0
557

Millimizin futbolçusu Renat Dadaşov İngiltərənin “Koventri” klubunda çıxış edə bilər.

Bu barədə Britaniya mətbuatı Fərid Ələkbərov adlı jurnalistə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, II diviziondan I diviziona (Çempionşip) yüksəlmiş klub “Vulverhempton”da əsas heyətə düşə bilməyən 21 yaşlı R.Dadaşovu sıralarına qatmaqda maraqlıdır.

Onun xidmətində “Mançester Yunayted”in sabiq futbolçusu, “Koventri”nin 50 yaşlı baş məşqçisi Mark Robinsin şəxsən maraqlı olduğu deyilir. Hazırda futbolçunun icarəyə götürülməsi üçün “Vulverhempton”la danışıqlar aparılır.

Qeyd edək ki, Renat Dadaşov 2020-ci ilin yanvar ayında I divizion klubu “Birminhem”ə icarəyə verilməyə yaxın olsa da, transfer pəncərəsi bağlandığından keçid baş tutmamışdı.