İdman etmədən 150 kilo arıqlayan kişi SİRRİNİ AÇDI – FOTO

0
572

ABŞ-da yaşayan Florida əyalətinin sakini Zak More idman etmədən 150 kiloqram çəki atıb.

Müsahibə verən Zak More bir neçə il əvvəl hazır qidalar yediyini, hər gün 3-4 ədəd iki litrlik Kola içdiyini və 227 kiloqram olduğunu deyib. O 2013-cü ildə qida zəhərlənməsindən sonra həyatını dəyişmək qərarına gəlib.

”Zəhərlənəndə xəstəxanada öləcəyimi düşündüm. Hətta həyat yoldaşıma və oğluma vida məktubu yazdım. Artıq çəkimə görə oğluma yaxşı ata ola bilməmişdim” deyə, o qeyd edib.

Zak elə xəstəxanada olduğu müddətdə 20 kiloqram arıqlayıb. Daha sonra o karbohidrat və ətdən imtina edərək 177 kiloqrama düşüb. Mədə kiçiltmə əməliyyatından sonra isə 77 kilo da arıqlayan Zak həyətində tərəvəz yetişdirib. O evinin yaxınlığında idman zalı olmadığına görə sadəcə pəhrizin köməyi ilə istədiyi çəkiyə sahib olduğunu deyib.