Bəhramla bağlı son xəbər: Şüuru açıqdır… – Video

0
621

Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyətlə bağlı həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib.

Şəhla Bağırzadə açıqlamasında əməkdar artistin komadan çıxdığını bildirib.

“Bəhram Bağırzadə komadan ayılıb. Gecə saatlarında həkimlərin suallarına cavab verib. Dərmanla komaya salınmışdı, dərman kəsildiyinə görə komadan ayılıb”, – o deyib.

Bəhram Bağırzadə iyun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib. Əməkdar artistin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu.

B.Bağırzadə iki gün əvvəl ECMO cihazından ayrılıb.