NATO Türkiyəni dəstəklədi – Fransa əməliyyatdan çəkildi

0
470

Fransa Türkiyə donanması haqqında şikayəti ilə bağlı NATO-dan istədiyi nəticəni ala bilməyib.

Bunu Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa deyib. Səfir bildirib ki, rəsmi Paris Türkiyə ilə yaşadığı gərginlik səbəbindən Şərqi Aralıq dənizindəki “Dəniz hamisi” əməliyyatından çəkilib.

Fransalı senatorlarla görüşən səfir Paris hökumətinin məsələ ilə bağlı NATO-ya məlumat verdiyini söyləyib:

“Şərqi Aralıq dənizində Fransa ilə Türkiyə gəmiləri arasında baş verən gərginlik haqqında NATO hesabatında Fransanın iddiaları dəstəklənməyib. Buna görə də rəsmi Paris “Dəniz hamisi” əməliyyatından çəkilib”.