Ölkəmizdə koronaya yoluxanların sayı 18 mini ötdü

0
521

Azərbaycanda indiyədək yeni növ koronavirus infeksiyasına 18 112 nəfər yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata əsasən, 10 061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6682 koronavirus testi aparılıb.