56 min dollar təqaüd qazanan azərbaycanlı tələbə üçün – Müraciət

0
692

“Türkiyənin Sabançı Universitetin bakalavr pilləsində 4 il təhsil almaq üçün 56 min dollar məbləğində tam təqaüd qazanan 17 yaşlı azərbaycanlı Yasin Quliyevin uğuru yalnız onun, ailəsinin və mənim də vaxtilə məzun olduğum məktəbin deyil, həmçinin Azərbaycanın adına uğurdur. Verilən açıqlamalardan gədiyim qənaət budur ki, Yasin ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyənin Sabançı Universitetini ona görə seçib ki, bu universitet onu təhsil haqqı ödəməkdən tam azad edib”.

Bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Yasin ABŞ-ın Massaçusets Boston, İllinoys, Şimali Florida Universitetlərindən də qəbul alıb:

“Göründüyün kimi onlar arasında dünyaca məşhur Massaçusets Texniki Universiteti (MİT) var. Lakin həmin universitet onu təhsil haqqının 82 faizindən azad edib. Çox istərdim ki, Azərbaycanın talantlı gənci Yasin Quliyev ABŞ-da MİT-də təhsil alsın.

Odur ki, Təhsil Nazirliyinə, yerli fondlara və donorlara, iş adamlarına, xeyriyyəçilərə müraciət edirəm, gəlin Yasin Quliyevin bir çox reytinq cədvəllərində dünya üzrə 1-ci pillədə qərarlaşan MİT-də təhsil almasına dəstək olaq. Unutmayaq ki, bu cür istedadlı gənclərin təshilinə edilən töhfə ölkəmizin gələcəyinə qoyulan ən qiymətli sərmayədir.

Mən də öz tərəfimdən ABŞ-da Yasini qarşılayıb, yerləşdirilməsini öhdəmə götürürəm. Mətbuatdan da xahişim odur ki, bu təşəbbüsün ictiamiləşməsinə dəstək versinlər. Unutmayaq ki, bu cür istedadlı gənclərin təshilinə töhfə ölkəmizin gələcəyinə qoyulan ən qiymətli sərmayədir.”.