Mərmərə dənizindəki fay xəttində hər an 7 bal gücündə zəlzələ ola bilər.
Bu barədə Türkiyənin Geoloji Mühəndislər Mərkəzinin əməkdaşı Aysun Ayxan məlumat yayıb.
Son 6 ayda Akhisar və Manisa arasında 5 mindən çox zəlzələnin meydana gəldiyini bildirən ekspert yeni güclü zəlzələnin gözlənildiyini vurğulayıb.
O, hətta zəlzələnin gücünün 7 baldan daha çox olacağını əlavə edib.