Parisdə “sarı jiletlilər” yenidən fəallaşıb.
Etirazçılarla polis arasında qarşıdurma yaranıb. Küçələrdəki avtomobilləri yandıran aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. 126 nəfərdən çox “sarı jiletli” isə saxlanılıb.
Prezident Emmanuel Makron vəziyyətlə bağlı onu məlumatlandırması üçün daxili işlər naziri Kristof Kastaneri yanına çağırıb.