Azərbaycanda yüksək vəzifəli şəxs və ailəsi koronavirusa yoluxdu

0
572

 

Təhsil Nazirliyi Samux icra başçısının müavininin ailəsinin koronavirusa yoluxması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən  bildirilib ki, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru, 1970-ci il təvəllüdlü  Əliyeva Arzu Şirin qızı 14 iyun 2020-ci ildə koronovirus (COVID-19) diaqnozu ilə bağlı Goranboy Rayon Xəstəxanasına yerləşdirilib:

“Məktəb direktorunun səlahiyyətləri 16 iyun 2020-ci ildən Əliyeva Arzu Şirin qızı sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Rafiq oğlu Babayevə həvalə edilib”.

11:44

Azərbaycanda icra başçının müavini koronavirusa yoluxub.

Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev, onun həyat yoldaşı, oğlu və qayınanası koronavirusa yoluxublar.

Onlar xəstəxanada müalicə alırlar.