Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçirilə bilər

0
321

Azərbaycanda direktorların işə qəbulu müsabiqəsinin avqust ayının əvvəlində keçiriləcəyi gözlənilir.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, texniki təchizatla bağlı işləri 2 dəfə görməmək üçün direktorların işə qəbulunun test mərhələsinin müəllimlərin işə qəbulunun test mərhələsindən dərhal sonra keçirilir:

“Bu hesabla götürsək, o qənaətə gələ bilərik ki, direktorların işə qəbulunun avqust ayının əvvəlinə təsadüf edəcək. Namizədlərin tez bir zamanda müsabiqəyə hazırlaşmağa başlamasında fayda görürəm”.