Yevlaxda sərt karantin rejiminin ilk gecəsi – VİDEO

0
355

Sərt karantin rejimi tətbiq edilən doqquz rayondan biri də Yevlaxdır. Son günlər bu rayonda da kornavirusa yüksək yoluxma faktları aşkar edilib.

Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək rayon ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

Qərara əsasən, rayon ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

Rayon ərazisində qurulan postlar vasitəsi ilə giriş-çıxışa nəzarət edilir.

Qeyd edək ki, Bakı-Qazax avtomagistralının Yevlaxdan keçən hissəsində avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yoxdur.