Son günlər koronavirusa yoluxma Goranboy rayonunda da aşkarlanıb.
Rayonda 2256 nəfərdən koronavirusla bağlı test nümunəsi götürülüb. Onlardan beşinin nəticəsi pozitiv çıxıb.
Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşı Murov Həsənov bildirib ki, Goranboy Rayon Mərkəzi xəstəxanasına bu günə qədər müxtəlif bölgələrdən olan 408 xəstə daxil olub.
Yoluxma hallarının qarşısının alınması üçün rayon ərazisində dezinfeksiya işləri aparılır. Həmçinin sakinlərlə maarifləndirici söhbətlər edilir.