Rusiyanın Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri koronavirus pandemiyasından sonra maaşlarında artım gözlənilən peşə sahiblərinin siyahısını tərtib ediblər.
Mütəxəssislərin fikrincə, siyahıda adları qeyd olunan peşə sahibləri maaşlarının yüksəlməsinə ümid edə bilərlər:
Sosial media marketinqi (SMM) və PR (ictimaiyyətlə əlaqələr) üzrə mütəxəssislər;
Prodüserlər, menecment üzrə mütəxəssislər;
İT (informasiya texnologiyaları) mütəxəssisləri, internet-marketoloqlar;
Böhran əleyhinə idarəedicilər;
Maliyyə məsləhətçiləri;
Logistika menecerləri;
Vaxtın idarə edilməsi üzrə mütəxəssislər (“Time management”);
Həkimlər, psixoloqlar və psixoterapevtlər;
Onlayn dərs deyən müəllimlər və tərbiyəçilər;
Virtual bələdçilər;
Kənd təsərrüfatı işçiləri, aqronomlar, baytarlar