Nazirlər Kabineti rəsmisindən XƏBƏRDARLIQ: “Cəzalar artacaq və sərtləşəcək” – VİDEO

0
475

“Qaydalara əməl etməyənlər cərimələnəcək. Sərbəstlik artıqdıqca, məsuliyyət artacaq. Cəzalar artacaq və sərtləşəcək”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi olacaq:

“Qaydalara əməl etməyənlər cərimələnəcək. Cərimələrdən qaçmaq mümkün olmayacaq.

Cəzanın miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunub. Sənəd təsdiqləndikdən sonra müvafiq qərar elan olunacaq”.