Azərbaycanda koronavirusa yoluxanların yaşları bilindi – RƏSMİ

0
384

“Azərbaycanda koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında olan şəxslərdir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr bildirib ki, yoluxanların 18 faizi 30-39 yaş arasında olanlardır:

“40-49 yaş arasında şəxslərdə yoluxma 15 faiz təşkil edir. Ən aşağı və ən yuxarı yaş qrupunda yoluxma faizində artım qeydə alınmayıb. Yoluxanların cinsə görə nisbətində dəyişiklik olub. Qadınlar arasında yoluxma 54, kişilər arasında yoluxma 46 faizdir”.

O qeyd edib ki, vəfat edənlərin 20 nəfəri 60-69 yaş arasındadır:

“70-79 yaş arasında vəfat edənlər 17 nəfərdir. 50-59 yaş arasında 13 nəfər, yaşı 80-dən yuxarı beş nəfər, 30-39 yaş arasında bir nəfər vəfat edib”.