“Meyvəli”də müştəri qıtlığı yaşanır, satıcılar “qan ağlayır”… – Koronavirusun fəsadları

0
338

Ölkənin ən böyük meyvə-tərəvəz bazarlarından biri olan “Meyvəli”də müştəri qıtlığı yaşanır.
Bu haqda  mallarını bazarda sata bilməyən bir qrup rayon sakini məlumat verib.
Onlar deyiblər ki, koronavirus pandemiyasına görə bazarda müştərilərin sayı kəskin şəkildə azalıb.
Hər zaman rayondan gətirdikləri kartofu, soğanı və ya çiyələyi bir gündə satan fermerlər indi mallarını satmaq üçün günlərlə bazarda qalmalı olurlar.
Bazarda kartofun qiyməti isə 20-25 qəpikdir. Müştəri aktivliyi ancaq axşam tərəfi müşahidə olunur. Bu vaxt ərzində də kim nə satdı, satdı. Sonra yenə satıcılar sabahı gözləmək məcburiyyətində qalırlar.