Bu xidmətlərdən birinin istifadəçisinizsə, dərhal şifrənizi dəyişin! – XƏBƏRDARLIQ

0
419

Məlumatlara görə, 165 milyondan çox şəxsin bir neçə şirkətdən oğurlanan fərdi məlumatları Dark Net-də satışa çıxarılıb.

Satışı həyata keçirən kibercinayətkarlar ordusu fərdi məlumatların qarşılığında 23 min 100 dollar pul tələb edib.

Məlumatlar arasında İndoneziyanın Tokopediya platformasından oğurlanan datalar üstünlük təşkil edir. Burada 91 milyon istifadəçi qeydi yer alır.

Məlumatlar arasında müxtəlif platforma istifadəçilərinin ad və soyadları, elektron poçt ünvanları, əlaqə nömrələri, sosial şəbəkə hesabları və digər şəxsi bilgilər də var. Bu məlumatların aşağıdakı 11 şirkətdən və qeyd edilən sayda oğurlandığı açıqlanıb:

-Tokopedia 91 milyon məlumat;

-Homechef / 8 milyon məlumat;

-Bhinneka / 2 milyon məlumat;

-Minted / 5 milyon məlumat;

-Styleshare / 6 milyon məlumat;

-Ggumim / 2 milyon məlumat;

-Mindful / 2 milyon məlumat;

-Star Tribune / 1 milyon məlumat;

-Chatbooks / 15 milyon məlumat

-The Chronicle of Higher Education / 3 milyon məlumat

-Zoosk / 30 milyon məlumat.

Kiber təhlükəsizlik təşkilatı “bu şirkətlərdən birinin imkanlarından istifadə edirdisə, dərhal şifrələrinizi dəyişin” deyə əhaliyə müraciət edib.