Zoopark rəhbərliyi heyvanları qidadan və qayğıdan məhrum etdi

0
351

Rusiyanın Vladivostok şəhərində yerləşən zoorparkın rəhbərliyi ərazinin icarə haqqını ödəyə bilmədiyi üçün işə çıxmaqdan imtina edib. Bu barədə şəhər meriyasından xəbər verilib.

Qeyd olunur ki, zooparkın “sakinləri” bir neçə gündür qida və qayğıdan məhrum olublar.

Zooparkı icarəyə götürən şəxslərin 350 min rubl (8 330 manat) borcu olduğu bildirilir.

Rusiyada COVID-19 virusu ilə əlaqədar zooparklara giriş qadağandır.