Görədil kəndindəki “Qarabağ şəhidlər bulağı”nın ətrafında guya qoyun sürüsünün saxlanılması ilə bağlı informasiyalar yayılmışdı.
Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən açıqlama gəlib.
Açıqlamada bildirilir ki, Görədil kəndindəki Şahilər abidəsinin ərazisi aqlay daşlarla döşənib, abadlaşdırılıb. Sözügedən ərazidə ümumiyyətlə ot-alağın bitməsi və heyvanların otarılması üçün hər hansı yer mövcud deyil. Bunu ərazinin foroşəkillərindən və video görüntüsündən də açıq şəkildə görmək mümkündür.
Şəhidlər kompleksinə daxil olmayan onun arxa tərəfində istifadədə olmayan köhnə kənd qəbiristanlığı yerləşir. Bu ərazidə isə ara-sıra kənd camaatı tərəfindən heyvanların otarılması halları müşahidə edilir. Bununla bağlı kənd camaatına xəbərdarlıq edilib.