Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı RƏSMİ AÇIQLAMA

0
414

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakıda yararsız kitabxana binasının sosial şəbəkələrdə yayılan fotolarına münasibət bildirib.

İdarədən  cavab olaraq bildirilib ki, bərbad vəziyyətdə olan tikili kitabxananın öz binası deyil:

“Nəsimi rayonunda, Cavadxan küçəsi, 21 ünvanında yerləşən kitabxana Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının əsl binası deyil. Hazırda kitabxananın binasında təmir işləri aparıldığı üçün müvəqqəti olaraq orada yerləşdirilib.

Təmir başa çatdıqdan sonra yenidən köçürüləcək. Bildiyiniz kimi, bir neçə aydır ki, koronavirus pandemiyası ilə bağlı ölkədə karantin vəziyyəti elan edildiyi üçün əməkdaşlar işə gəlməyib. Onlar işə gəldikdən sonra kitabxananın köçürüldüyü binanın üzərinin o vəziyyətə salındığını görüblər”.

“Lazımi göstərişlər verilib. Kitabxananın ətrafı abadlaşdırılacaq. Ərazini o vəziyyətə salan daha çox ətrafda yaşayış binası tikənlərdir. Ərazi abadlaşdırıldıqdan sonra biz də ölçülər götürəcəyik”, – deyə İdarədən qeyd edilib.