Polietilen torbalarla bağlı sənədlərin qüvvəyə minəcəyi vaxt açıqlandı – RƏSMİ

0
362
FILE - In this Sept. 20, 2016, file photo, women walk with plastic bags through Chinatown in San Francisco. California voters have narrowly approved a statewide ban on single-use plastic carryout bags. Proposition 67 was placed on the November 8, 2016, ballot by plastic bag industry supporters to try to overturn a ban approved by the state legislature two years ago. (AP Photo/Eric Risberg, File)

 

Polietilen torbalardan istifadə ilə bağlı sənədlər hazırdır. Sənəd dövlət qurumlarının müsbət rəyindən sonra qüvvəyə minəcək”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, bu sənədlərdəki tədbirlərin müvafiq qurumlarla birlikdə tətbiqi cədvəli hazırlanıb:

“Cədvəldə 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi, eyni zamanda, həmin ölçüdən çox plastik polietilen torbaların satışının pullu olması öz əksini tapıb”.

“Bu təcrübə bir çox ölkələrdə tətbiq edilir və səmərəli nəticə verəcək”, – deyə nazir qeyd edib.