Azərbaycanda Ermənistan istehsalı siqaret satılmasına Gömrük Komitəsindən REAKSİYA

0
316

Ötən gün Sabirabad rayonunda mağazalardan birindən Ermənistan istehsalı olan siqaretin alındığına dair məlumat vermişdik.

Dövlət Gömrük Komitəsi (DGK) məsələ ilə bağlı araşdırma aparıb və bununla bağlı rəsmi münasibət yayıb.

Komitədən verilən məlumata görə, DGK-nin aidiyyəti qurumları tərəfindən Sabirabad və ətraf rayonlardakı mağazalarda, topdan və pərakəndə satış məntəqələrində ciddi araşdırma aparılıb. Araşdırma zamanı Ermənistan istehsalı tütün məhsullarının satışı aşkar edilməyib:

“Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz və bu ölkədə istehsal edilən məhsulların ölkə ərazisinə gətirilməsi qəti qadağandır.

Qeyd edək ki, komitənin müvafiq qurumları bu barədə mütəmadi məlumatlar yayır və Ermənistan mənşəli məhsulların gömrük-keçid məntəqələrində aşkar olunaraq, məhv edilməsi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır”.