İtkin düşən neftçilərin cəsədləri bu vəziyyətdə tapılıb – FOTO

0
356

Xəbər verdiyimiz kimi, 2015-ci il dekabrın 4-də Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən neftçilərdən ikisinin cəsədi tapılıb.

Bunlar 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu və 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur.

SOCAR-dan verilən məlumatda neftçilərin şəxsiyyətini təsdiq edən sənədlərin cəsədlərin üzərində olduğu bildirilmişdi:

“Cəsədlərin üstündə mərhumların şəxsiyyət vəsiqələri, habelə mərhumların ailələrinin rəyləri də onların kimliyini təsdiqləyib. Boru kəmərinin inspeksiya işləri tam dayandırılıb, cəsədlər  bir neçə gün ərzində olduğu kimi 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş polis İdarəsinə təhvil verilib”.

Həmin neftçilərin cəsədlərinin necə tapıldığını əks etdirən fotoları təqdim edirik: