Rusiyada koronavirusa yoluxanların sayı 200 min nəfərə yaxınlaşır

0
316

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqda davam edir.

Ölkədə son sutka ərzində 10 817 nəfər koronavirusa yoluxub, 104 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 198 676 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 1 827 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 31 916 nəfər virusdan sağalıb, 164 933 nəfərin müalicəsi isə davam edir.