Səudiyyə Ərəbistanında polis karantinlə əlaqədar şəxsi evlərdə də yoxlama apara bilər

0
324

Səudiyyə Ərəbistanı hökuməti koronavirus pandemiyası ilə əlaqədar tətbiq etdiyi qadağalara nəzarət etmək üçün xüsusi polis dəstələrinin yaradılması haqda göstəriş verib.

Məlumatda qeyd olunur ki, polis ictimai və özəl müəssisələrə nəzarət edəcək, evlərdə, mağazalarda yoxlama aparmaq səlahiyyətləri əldə edəcək.

Karantin qaydalarını pozan şəxslər 100 min real (45 min manat) cərimə olunacaq.

Son rəqəmlərə əsasən, Səudiyyə Ərəbistanında 33 731 şəxsin koronavirusa yoluxduğu aşkar edilib. 219 nəfər pandemiyanın qurbanı olub.