Beyin zədəsi olan xəstələrin sağalma şansını müəyyən edən test hazırlandı

0
397

İsrailin Veytsman İnstitutunun alimləri beyin zədəsi almış və huşsuz vəziyyətdə olan pasiyentlərə kömək edə biləcək unikal test hazırlayıblar.

Xəstə ağır beyin zədəsi alıbsa və huşsuzdursa, həkimlərə onun nə vaxtsa ayılacağına şansı olub-olmadığını başa düşmək çox çətindir. Bunu müəyyənləşdirməyə kömək edə biləcək heç bir test yoxdur və nəticədə həkimlər xəstələri süni həyat təminatı aparatlarından ayırmaq üçün yanlış qərar qəbul edə bilərlər.

Veytsman İnstitutunun alimləri ümumilikdə beyinin vəziyyətini qiymətləndirməyə imkan verən iybilmə sisteminə fokuslanıblar. Yeni test iyə cavab olaraq burundakı hava axınının necə dəyişdiyinə əsaslanır. Məsələn, əgər insan xoşagəlməz qoxunu hiss edirsə, o daha qısa və səthi nəfəs almağa başlayır. Bu, hətta yuxuda da işləyir.

Eksperiment çərçivəsində alimlər 43 xəstənin burnuna müxtəlif qoxulu  mənbələr yaxınlaşdırıblar. Onların arasında xoş şampun və xoşagəlməz çürümə qoxusu da olub. Həmçinin xəstənin burnuna bəzən heç bir iyi olmayan mənbə də yaxınlaşdırılıb. Alimlər burun vasitəsilə udulan havanın həcmini ölçüblər. Məlum olub ki, huşsuz olan, lakin qoxulara reaksiya verən (udulan havanın həcmi dəyişirdi) bütün xəstələr sonradan ayılıblar.