Əfqanıstan hökuməti əsir terrorçuları azadlığa buraxmağa başlayıb

0
439

Əfqanıstan hökuməti “Taliban” radikal hərəkatının 100-ə yaxın üzvünü Kabildəki Pul-e-Çarxı həbsxanasından  azadlığa buraxıb .

Məhbuslar mayın 2-də, şənbə günü axşam həbsxanadan azad ediliblər. Ümumilikdə taliblər ABŞ-la razılaşma əsasında beş min əsirin azad olunmasını tələb edirlər. Əfqanıstan tərəfi isə tədricən 1,5 min məhbusu azad etmək qərarına gəlib.

Martın 10-da bildirilmişdi ki, Əfqanıstan Prezidenti Əşrəf Qani əsir taliblərin əfv edilməsi və onların azad edilməsi haqqında fərman imzalayıb.

Xatırladaq ki, cari ilin fevralın 29-u Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında sülh anlaşması imzalanıb.

Anlaşmanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban”ın rəhbərinin müavini Abdulla Qəni Baradar imzalayıblar.

Lakin anlaşmanın imzalanmasından iki gün sonra “Taliban” Əfqanıstan hökumətinə qarşı döyüşləri bərpa edib.