Xəzərdə silahlı insident: Bir azərbaycanlı balıqçı öldü – VİDEO

0
416

Xəzər dənizinin Azərbaycanla Qazaxıstan sərhədində insident zamanı odlu silahdan istifadə edilib.

Hadisə nəticəsində bir vətəndaşımız dünyasını dəyişib, ikisi yaralanıb, digəri isə həbs olunub.

Mərhumun qardaşı Malik İbrahimov bildirib ki, sonuncu dəfə 51 yaşlı qardaşı Qəhrəman İbrahimovu evdə görüb. Hadisə bundan iki gün sonra baş verib. Ehtimala görə, balıqçı qayığının mühərrikində nasazlıq yaranıb, nəticədə dalğalar qayığı Qazaxıstan ərazisinə aparıb.

Q.İbrahimovdan başqa qayıqda Neftçala sakinləri – 44 yaşlı Elşən Əhmədov, 50 yaşlı Şakir Novruzov və 41 yaşlı Emin Nuriyev olub.

İlkin məlumata görə, Qazaxıstan qanunlarına əsasən, balıqçılardan biri barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib, digər iki nəfər isə xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.