Koronavirusu xərçəngə qarşı dərmanla müalicə edəcəklər

0
464

Koronavirusun müalicəsində Norveçdə sınaqdan keçirilən xərçəngə qarşı “bemsentinib”adlı preparat istifadə ediləcək.

Böyük Britaniyada “bemsentinib” koronavirus müalicəsində istifadəsinə icazə verilən altı dərmandan biri olacaq.

Artıq bu həftə preparatı xəstəliyə yoluxan 120 nəfərə verəcəklər.

Ayova universitetinin apardığı araşdırmalar bu preparatın insan immunitetini gücləndirdiyini və infeksiyanın ağ ciyərlərdə yayılmasının qarşısını aldığını göstərib.