Bu gün 82 300 ailəyə ünvanlı sosial yardım ödənildi

0
463

Bu gün 82 300 ailəyə aprel ayı üzrə ünvanlı sosial yardım ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  daxil olan məlumata görə, həmin ailələrin üzvlərinin sayı 342 mindir. Ailələri təmsil edən, adlarına yardım vəsaiti köçürülən şəxslər evdən çıxmaq üçün müvafiq icazə əsasında həmin vəsaitləri istənilən bankın, həmçinin, “Azərpoçt”un bankomatlarından və ya posterminallarından hər hansı faiz tutulmadan ala bilərlər. Bununla da, aprel ayı üzrə bütün pensiya, müavinət, təqaüd və sosial yardım ödənişi artıq yekunlaşıb.

Qeyd edək ki, aprelin 1-dən ünvanlı sosial yardımı alan ailələrin sayı 12 min, o cümlədən, ailə üzvlərinin sayı 50 min artıb. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 223 manatdır.