Oruc tutanlar necə qidalanmalıdır? – Həkim məsləhəti

0
491

Ramazan ayında insanları ən çox düşündürən məsələlərdən biri də düzgün qidalanmaqdır. Çünki 16-17 saat ac qalmaq insan orqanizmi üçün fəsadsız ötüşmür. Maraqlıdır, oruc tutarkən insan nələrə əməl etməlidir və tutulan oruc bədəndə hansı dəyişikliyə səbəb olur? 

Məsələ ilə bağlı  açıqlama verən həkim Sərdar Səfərli bildirib ki, orqanizm uzun müddət növbənöv qidalarla qidalandiqda qan damarlarına çöküntülər yığılır, öd qatılaşır, böyrəklər daş-duz toplayır. Insanlar oruc tutuaraq həm də orqanizmlərini təmizləyirlər: “Piylənmə, bağırsaqlarda hərəkətliliyin pozulması, qan dövranı və s. bir çox problemlər yaranır. Qurani-Kərimdə də bu öz əksini tapır. Müsəlmanlara fərz olaraq oruc tutmaq (bədəni və ruhu təmizləmək) tövsiyyə olunur. Bu hal onun üçün vacib bilinib ki, insan ac qalaraq həm öz orqanizmini təmizləsin, həm də ac insanın keçirdiyi hisləri bilsin, ona kömək etməyi xatırlasın. Sahur və imsakda su içilir. Su maddələr mübadiləsini sürətləndirir. Zərərli maddələri orqanlardan çıxarır, bədəni yuyur. Gün boyu sussuzluğa tab gətirmək üçün sahurda tərəvəzlərdən bol istifadə edilməlidir, məsələn pomidor, xiyar, kələm (çiy şəkildə) çox yeyilməlidir. Öyrəşdiyimiz kimi tərəvəzlərdən istifadə zamanı duz vurulmamalıdır. Ümumiyyətlə, duzdan istifadə azaldılmalıdır. Çunki duzlu nəsə yedikdə orqanizm gün boyu suya tələbatı srtır. Çox yağlı, çox şirin qidalar da orqanizmin susuzluğa dayanma gücünü azaldır. İstər iftar, istər imsak vaxti həddindən artıq çox yemək lazım deyil”.

Həkim oruc tutmağın bədəni saz və sağlam yeməyə öyrətdiyini vurğulayıb: “Bol meyvə-tərəvəz, ətli qidalar olsa da, onların istifadəsi zamanı mütləq göyərti istifadə edilməlidir. Bu zaman artıq köp yaranmır. Sağlam qidalanma bədənə lazımi vitamin və güc verir. Qatıq və alma iftar açıldıqdan sonra yarım saat ara verməklə istifadə edilərsə, bağırsaqlar üzərinə yığılmış bütün zərərli piyləri parçalayar”.

S.Səfərli qeyd edib ki, sağlam insan gün boyu 7-8 saat yatmalıdır.Yaş artdıqca yuxu rejimi 5-6 saata qədər enə bilir.Əzələlərimizin karbohidrat yandırıb, ürəyi işə salması üçün isə 4-5 km yol getməliyik. Karantin rejimində bu qədər məsafəni qət edə bilmədiyimiz üçün isə basqa çarələr tapmalıyıq. Nə qədər çətin olsa da, yaşadığımız evdə balkonumuz varsa, müxtəlif fiziki hərəkətlərlə bədənimizi tonusda saxlamalıyıq. Qısa müddətlik yürüş etməklə bədənin hərəkətliliyini bərpa etməliyik. İnsan orqanizmi Allahın yaratdığı mükəmməl bir sistemdir. Hər vəziyyətə uyğunlaşır. Bu sistemi idarə edən sağlam düşüncəli beyindirsə, ona zərər verməz, qoruyar həm özü üçün , həm də başqaları üçün yararlı olar”.