COVID-19-a yoluxan hərbçilərin sayı artdı

0
299

Rusiyada koronavirusa yoluxan hərbiçilərin sayı 901 nəfərə çatıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, son bir gündə daha 27 hərbçidə koronavirus aşkarlanıb.

Bundan başqa, 963 kursant və ali hərbi məktəblərin tələbəsində COVID-19 testi müsbət çıxıb.

Qeyd edək ki, Rusiyada 87 147 nəfər koronavirusa yoluxub, 794 şəxs vəfat edib. Müalicə alan 7 346 xəstə sağalıb.