Fransada COVID-19-dan ölənlərin sayı 23 mini keçdi

0
304

Fransada ötən sutkada 437 nəfər pandemiyanın qurbanı olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Fransada koronavirusdan ölənlərin sayı 23 293-ə yüksəlib.

Xəstəxanalarda 14 497 nəfər, qocalar evlərində, digər tibb və sosial müəssisələrdə isə 8 796 pasiyent pandemiyanın qurbanı olub.

Bundan başqa, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 3,7 min nəfər artaraq 128 339-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.