İctimai Nəzarət Koalisiyası imkansız insanları sevindirməyə hər gün davam edir – VİDEO

0
956

Ölkə başçısının aztəminatlı ailələrə yardım çağırışına səs verən ilk ictimai qurum kimi İctimai Nəzarət Koalisiyasının xeyirxah addımları davam etməkdədir. İNK-nın İdarə Heyətinin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədovun şəxsi iştirakı ilə həyata keçirilən bu tədbirlər sosial medianın, eyni zamanda bir çox televiziya kanallarının kameralarından kənarda qalmır. Ağsu rayonunda keçirilən növbəti yardım aksiyası da “Lider” Televiziya kanalının “Xəbərlər” proqramı tərəfindən lentə alınmışdır.