COVID-19 və dünya: ölkələr karantin rejimini yumşaldır

0
326

Dünyada epidemioloji vəziyyət son dərəcə çətin olaraq qalmasına baxmayaraq bir sıra ölkələrdə karantin rejiminin zəiflədilməsi ilə bağlı qərar qəbul edilib.koronavirusun yayıldığı əsas mərkəzlərdən olan ABŞ, İtaliya, İspaniya, Böyük Britaniyada istehsal yenidən başlanır, dükanlar, bərbərlər və kafelər açılır.

Avstriyada, Almaniyada, Polşada, Çexiyada da özünütəcridetmə rejimi əhəmiyyətli dərəcədə zəifləyib. Belə ki insanlar sosial məsafəni qorumaqla küçələrə çıxır, parklarda gəzirlər.

Sənayenin və xidmət sahəsinin “yenidən fəaliyyətə başlamasının” əsas səbəbi dünya ölkələrində kəskin pisləşən iqtisadi vəziyyətdir. Karantin müddətində on minlərlə müəssisə müflis olub, milyonlarla insan işsiz qalıb. Hökumətlər və beynəlxalq təşkilatlar artıq pandemiyanın nəticələrini aradan qaldırmaq üçün çox böyük sərmayə qoyurlar. Hazırda ölkələrin əsas məqsədi istehsalın azalmasını və koronavirusdan əvvəlki dövrə qayıtmasıdır. İndiki şəraitdə iqtisadiyyatın əvvəlki vəziyyətə qayıtması haqqında düşünmək mümkün belə deyil.